bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda gecə klubunun sahibi cəzalandırıldı

13-03-2025, 11:00 2 dəfə baxılıb

 Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 10/b ünvanındakı yaşayış binasının sakinləri birinci mərtəbədə fəaliyyət göstərən "XS lounge" gecə klubundan şikayətçi olduqlarını bildirmişdilər.

Bu barədə Bizimlider-a müraciət edən sakinlər gecə klubunun onların istirahət hüququnu pozduğunu söyləyirdilər.

Klub isə sakinlərin iddialarını əsassız hesab etmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizimlider-ə açıqlamasında bildirib ki, sözügedən obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb:

"Sakinlərin "XS lounge" gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb.

Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb. Obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031