bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

9-10-2019, 22:00 202 dəfə baxılıb

Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.
Nizami Rayon Polis İdarəsi və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30