bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO

25-04-2019, 23:04 211 dəfə baxılıb

Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO




Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO


Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO


Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO




Aprelin 25-də saat 12:46-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Yevlax rayonunun Qaraoğlan kəndində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Beş.Az-a bildirilib ki, agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb.

Aparılan axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın və partladıcının ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30