bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yuxulu sürücü maşınını “Nərimanov” metro stansiyasının girişindəki köşkə çırpdı - FOTO/VİDEO

31-10-2019, 11:40 151 dəfə baxılıb

Yuxulu sürücü maşınını “Nərimanov” metro stansiyasının girişindəki köşkə çırpdı - FOTO/VİDEO
Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində,“Nərimanov” metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, Altay Turabov idarə etdiyi “Toyota” markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus “Daewoo Gentra” markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən köşkə çırpılıb.

Qəza zamanı "Toyota" markalı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Turabov Altay Zəlimxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisə zamanı işıqfor qırılıb, köşkə ciddi ziyan dəyib, avtomobillər isə deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30