bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

5-11-2019, 15:15 119 dəfə baxılıb

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı
Dünən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə Nizami rayonu, 8-ci kilometr bazarının yanında qeydə alınıb.

İki marşrut avtobusunun toqquşması barədə saat 22:20-də məlumat Təcili Tibbi Yardıma məlumat daxil olub:

“Hadisə yerinə beş briqada yollanıb. Ümumilikdə səkkiz nəfər hospitalizə olunub. Onlardan dördü kişi, dördü qadındır. Bir qadın burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə, digər yeddi nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımi tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar”.

“Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30