Şəmkirdə istixana yanıb
Şəmkirdə istixana yanıb.
Bizimyol.info xəbər verir ki, FHN-in mətbuat xidmətinin məlumatına görə, Şəmkir rayonunun Dəllər Cəyir kəndində yanğın hadisəsi qeydə alınıb.
Belə ki, ümumi sahəsi 1400 m² olan istixananın polietilen üzlüyü 30 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 10 m² olan qazanxana və tutumu 3 ton olan yağ çəni yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;