bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda faciə - Polis əməkdaşı öldü

10-04-2020, 14:14 129 dəfə baxılıb

Bakıda faciə - Polis əməkdaşı öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizimlider.com-un xəbərinə görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi "Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi "Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, R.Cəfərov polis əməkdaşıdır. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30