bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda uşaq qəbiristanlıqda faciəvi şəkildə öldü

23-04-2020, 12:54 107 dəfə baxılıb

Azərbaycanda uşaq qəbiristanlıqda faciəvi şəkildə öldü
Masallı rayonunda uşağın üstünə qəbir daşı aşıb və uşaq yerindəcə ölüb.

Bizimlider.com-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə aprelin 22-si saat 17:30 radələrində rayonun Şıxlar kəndində baş verib.

9 yaşlı Səmədov Əhəd Rizvan oğlu evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən 2016-cı ildə vəfat etmiş şəxsin qəbir daşı aşaraq onun üzərinə düşüb. Orta məktəb şagirdi olan Əhəd hadisə yerində vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930