Kür çayında FACİƏ- Boğulanların kimliyi bilindi
Kür çayının Tovuz rayonundan keçən hissəsində iki nəfər batıb.
Report-un məlumatına görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində iki nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd edək ki,Kür çayının Tovuz rayonundan keçən hissəsində batan iki nəfərin kimliyi məlum olub.
Onlar 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğludur.
Hadisənin təfərrüatı araşdırılır.