bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Keçmiş arvadını güdmək üçün tunel qazdı, ilişib qaldı

30-04-2019, 12:52 172 dəfə baxılıb

Keçmiş arvadını güdmək üçün tunel qazdı, ilişib qaldı


Meksikada qısqanc ər çətin vəziyyətə düşüb. Həyat yoldaşını güdmək üçün tunel qazan kişi orada ilişərək, çıxa bilməyib.
Bizimyol.info xəbər verir ki, hadisə haqda “Mexico News Daily” informasiya portalı yazıb. Qrizelda Santilyan polisə müraciət edərək, evinin altında kiminsə gizlənməsi barədə məlumat verib. 58 yaşlı qadın son vaxtlar aşağıdan şübhəli səslər eşitdiyini bildirib. Santilyan qonşu qadınla evinin altına doğru tunel qazıldığını müəyyənləşdirib. Hadisə yerinə gələn asayiş keşikçiləri Qrizeldanın keçmiş həyat yoldaşı Sezar Arnoldo Qomesi tapıb. Kişi 24 saatdır oradan çıxa bilmirmiş.

Qomesin xilas edilməsi 45 dəqiqə sürüb. Kişini keçmiş arvadına yaxınlaşmamaq tələbini pozduğuna görə həbs ediblər. Santilyan bildirib ki, ərindən məhz onun aşırı qısqanclığına görə ayrılıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30