Bakıda ana əvvəlcə övladlarını, sonra özünü binadan atdı
Bakıda ana iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihar etmək üçün yerə tullanıb.
Bizimlider.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gecə saatlarında Yasamal rayonunun Kənar Dairəvi yol-2 ünvanında baş verib.
1991-ci il təvəllüdlü N. C. 4 və 2 yaşlı oğlanlarını yaşadıqları evin eyvanından yerə atıb. Onların ardıyca isə özü də tullanıb.
İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Ər Cavid Cəfərov saxlanılıb, araşdırma aparılır.