Üzücü xəbər: Bakıda dəhşətli hadisə: Ölən var
Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb. Fövqəladə Hallar Nazirliyindən Bizimlider.com Oxu24.com-a verilən məlumata görə bildirir ki, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.