bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı - Özündən 36 yaş kiçikdir...

4-01-2021, 21:34 138 dəfə baxılıb

Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı - Özündən 36 yaş kiçikdir...
Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.

Bizimlider.com APA-ya istinadla bildirir ki, hadisə Şirvan şəhəri N. Nərimanov küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.

Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızını ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayıb. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. M. Nağıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl "Bizim vətən" ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan M.Nağıyevin mobil telefon satışı ilə məşğul olan mağazalardan birində həmin qadını döydüyü anın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30