bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

6-05-2019, 10:03 181 dəfə baxılıb

Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb



Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə "Beş.az"un Qərb mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30