Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.
Beş.az ona-ya istinadla xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.
Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.