bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DƏHŞƏTLİ YANĞIN: Meşədə 9 hektar...

8-05-2019, 15:28 204 dəfə baxılıb

DƏHŞƏTLİ YANĞIN: Meşədə 9 hektar...




Türkiyənin Giresun şəhərinin Espiye bölgəsində baş verən meşə yanğınında 9 hektar ərazi zərər görüb.

Espiye icra başçısı Musa Baştürk verdiyi açıqlamada yanğının enerji ötürmə xətlərinin ağaclarla təması nəticəsində baş verdiyini deyib.
Yanğının baş verdiyi ərazidə nəqliyyatın olmaması səbəbilə əraziyə yanğınsöndürənlər gələ bilməyib. Baştürk küləyin təsiri ilə alovların yayıldığını bildirib.

Baştürk yanğın səhərə qədər davam edərsə havadan helikopterlə müdaxilə olunacağını deyib.

Yanğının baş verdiyi ərazinin dənizə yaxın olduğunu deyən Baştürk alovların çox qısa müddətdə söndürüləcəyini düşündüyünü bildirib. Yanğında iqtisadi dəyəri olmayan 9 hektar ərazinin zərər gördüyü bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30