Xəzər Dəniz Neft Donanmasına məxsus "İsrafil Hüseynov" gəmisində partlayış baş verib.
BEŞ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 10-dan çox yaralı var. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə açıqlama verib. O, "İsrafil Hüseynov" boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem" şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.