Ankarada lüks idman salonlarının birində 70 yaşlı tanınmış iş qadını Songül Zülfikarın cəsədi tapılıb.
BEŞ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Zülfikarın infarktdan öldüyü ehtimal edilsə də, meyiti tibbi ekspertizaya göndərilib. İş qadınının cəsədini saunada işçilərdən biri tapıb.
Qeyd edək ki, Songül Zülfikar 1984-cü ildə qurulan, avtomobil, inşaat, enerji, turizm, yanacaq terminalları, qida, ticarət mərkəzləri sahəsində xidmət göstərən "FTZ Grup"un iki rəhbərindən biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.