Bakıda qız özünü klinikanın 10-cu mərtəbəsindən ataraq intihar edib - YENİLƏNİB
Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasındakı intihar hadisəsi ilə bağlı açıqlama verib.
ATU-dan BizimLider.com-un sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır:
“Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək. Açıqlamalar yalnız istintaq orqanı tərəfindən verilə bilər. Qeyd edək ki, intihar edən klinikada müalicə alanlardan biri olub”.
***
09:14
Azərbaycan Tibb Univeristetinin (ATU) Tədris Cərrahiyyə Klinkasınında intihar hadisəsi baş verib.
BizimLider.com xəbər verir ki, 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsində eyvandan ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.