bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda daha bir avtobus qəzası - Xəsarət alanlar var

8-07-2022, 14:49 28 dəfə baxılıb

Bakıda daha bir avtobus qəzası - Xəsarət alanlar var


Bakıda marşrut avtobusunun iştirakı ilə daha bir ağır yol qəzası baş verib.

“BizimLider.com” xəbər verir ki, səhər saatlarında Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JZ 281 nömrə nişanlı avtobus minik avtomobili ilə toqquşub. Belə ki, qəza avtobus dönmə əməliyyatını yerinə yetirərkən baş verib.

Hadisə avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Qeyd edək ki, dünən də paytaxtın Nizami rayonunda “Çinar Trans” MMC-yə məxsus marşrut avtobusu ağır qəzaya düşüb və 5 nəfər xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30