Bakıda 15 nəfəri gün vurub
İyunun 22-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 15 nəfər müraciət edib.
Bu barədə BizimLider.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, müraciət edənlərdən 2 nəfərə yerində yardım, 13 nəfər isə xəstəxana şəraitində ilkin tibbi yardım göstərilib.