Türkiyə vətəndaşı özünü Sumqayıtda dənizdə atdı
Sumqayıtda Türkiyə vətəndaşı intihar edib.
BizimLider.com APA-ya istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt sahilindən kişi meyiti tapılıb.
Meyitin 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Şahin Vahid Nahid olduğu müəyyən edilib. 24 yaşlı türk gəncin intihar məqsədi ilə özünü dənizə atdığı bildirilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.