bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda biznesmenin oğlu faciəvi şəkildə öldü

11-07-2022, 17:47 39 dəfə baxılıb

Azərbaycanda biznesmenin oğlu faciəvi şəkildə öldü


Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“BizimLider.com” xəbər verir ki, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

22 yaşlı Dördlər kənd sakini Sərxan Əsədli idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün S.Əsədlinin doğum günü imiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031