Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun məhkəməsi başlayıb.
BEŞ.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ş.Axundovun anket məlumatları elan edilib.
Növbəti məhkəmə prosesi mayın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 11-də Sumqayıt şəhərində baş verib. Şamil Axundov qısqanclıq zəminində həyat yoldaşı 1991-ci il təvəllüdlü Leyla Kamandar qızı Axundovanı yatdığı yerdə boğaraq öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.