Sabirabad rayonu, Kür çayının Minbaşı kəndi ərazisindən keçən hissəsindən parçaya bükülmüş kişi meyiti aşkar edilib.
Beş.az məlumatına görə, naməlum kişi meyiti mayın 8-ində itkin düşən 1969-cu il təvəllüdlü Cəbiyev İlham Əbülfət oğluna məxsusdur. Mərhumun meyiti Kür çayının yaxınlığında Minbaşı kəndi ərazisində mələfəyə və kavrolitə bükülmüş vəziyyətdə mal-qara otaran Fərzulla Mahmudov və Həsənbala Balayev tərəfindən tapılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda aşarşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.