bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var

12-05-2019, 22:19 231 dəfə baxılıb

Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var



Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən Sonxeber.az-a verilən məlumata görə, hadisə gecə saat 3:00 radələrində şəhərin Natavan və Ə.Kərim küçələrinin kəsişməsində qeydə alınıb.

"Mersedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakinləri, 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu, Göyçay şəhər sakinləri, 1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu, Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031