bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə məğlub olub

25-04-2019, 12:30 148 dəfə baxılıb

İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə məğlub olub


İngiltərə Premyer Liqasının 31-ci turunun matçında "Vulverhempton" Londonun "Arsenal" klubunu qəbul edib.

"BEŞ.AZ" xəbər verir ki, qarşılaşma Vulverhemptonun "Moline" stadionunda baş tutub meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı matçın 28-ci dəqiqəsində "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş açıb. Bundan 9 dəqiqə sonra müdafiəçi Mett Doerti meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb.

Birinci hissəyə əlavə edilmiş vaxtda "Vulverhempton"un yarımmüdafiəçisi Dioqu Jota üçüncü topu "Arsenal"ın qapısından keçirib. "Arsenal"ın yeganə qolunu müdafiəçi Sokratis Papastatopulos qarşılaşmanın 80-ci dəqiqəsində vurub.

"Vulverhempton" bu matçdan sonra 51 xal toplayıb və İngiltərə çempionatının yarış cədvəlində 7-ci yerdə qərarlaşıb. "Arsenal" isə 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031