bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Fernandu Santuş "ova" çıxdı: "Təəccüblənməyin"

17-12-2024, 15:31 3 dəfə baxılıb

 

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş komandanın heyətində dəyişiklik etmək üçün "ova" çıxıb.

Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis aşağı liqanı diqqətdə saxlayır, orada forma geyinən bəzi futbolçuları "gözaltı edib".

Fernandu Santuş ötən həftə I Liqanın "Baku Sportinq" - "Difai Ağsu" matçını meydandan izləyib.

70 yaşlı çalışdırıcı I Liqada istedadlı gənclər gördüyünü, onları ölkənin əsas yığmasında görməyin maraqlı olacağını söyləyib:

"Diqqətimi çəkən futbolçuları millinin düşərgəsinə çağırsam, təəccüblənməyin".

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa - Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya ilə üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031