Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
"Daha əvvəllər yoldan keçənlər əlimi görüb lağ edirdilər. Paralimpiya çempionu olduqdan sonra hər kəs övladına məni göstərərək, "halal olsun o uşağa!" deyir. Bu mənim üçün bütün mükafatlardan qat-qat üstündür".
Bu sözləri Oxu.Az-a videomüsahibəsində Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, dünyanın ən yaxşı parataekvondoçusu seçilmiş İmaməddin Xəlilov deyib.
O, idmana gəlişindən, komplekslərdən, valideynlərin buraxdığı səhvlərdən, Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra həyatında baş verən dəyişikliklərdən və bir çox başqa nüanslardan bəhs edib.