bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm

22-01-2025, 14:13 5 dəfə baxılıb

 "Matça çox ciddi hazırlaşmışıq".

Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibi yaxşı analiz etdiklərini bildirib: "Şanslardan maksimum istifadə edib, qələbə qazanmaq istəyirik. Doğma meydanda xalqımızı sevindirmək niyyətindəyik. Yeni ildə Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Özümü çox yaxşı hiss edirəm. Qələbə üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031