bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb

23-01-2025, 14:30 0 dəfə baxılıb

 Bizimlider xəbər verir ki, açıq səsvermənin nəticələrinə əsasən, üç iddiaçı müəyyənləşib. Ən çox səs toplayan gənc idmançıların siyahısında Azərbaycan cüdoçusu, yeniyetmələr arasında ikiqat dünya çempionu Nihad Məmişov (55 kq) da yer alıb.

Digər namizədlər "Paris 2024"ün bürünc mükafatçısı Tara Babulfat (48 kq, İsveç) və Hidayət Heydərovun Olimpiya Oyunlarının finalında məğlub etdiyi Yohan Benjamin-Qabasdır (73 kq, Fransa).

Yekun qərarı Beynəlxalq Cüdo Federasiyasının ekspert komitəsi verəcək. Qalib fevralın 1-2-də Parisdə keçiriləcək "Böyük dəbilqə" turnirində bəlli olacaq.

Qeyd edək ki, bundan əvvəl kişilər arasında "İlin ən yaxşı cüdoçusu" adına iddiaçıların siyahısında Olimpiya çempionu, dünya çempionu və dördqat Avropa çempionu Hidayət Heydərovun, kişilər arasında millinin almaniyalı məşqçisi Rixard Trautmanın isə "İlin məşqçilik nailiyyəti" mükafatı üçün namizədlər siyahısında yer aldıqları bildirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031