bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dmitri Kramarenkonun gimnast qızı həkim səhvinin qurbanı oldu

27-01-2025, 10:00 0 dəfə baxılıb

 Dmitri Kramarenkonun qızı Lalə Kramarenko həkim səhvinin qurbanı olub.

Bizimlider xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Rusiyanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi İrina Viner bildirib.

Onun sözlərinə görə, meniskdə ağrılardan əziyyət çəkən gimnast cərrahi müdaxiləyə məruz qalib. Onu əməliyyat edən həkim isə zədəni aradan qaldırmaq əvəzinə sağlam yeri əməliyyat edib:

"Orada buynuzabənzər iki çıxıntı var. Həkim zədəli olanı kəsib götürmək əvəzinə, sağlam buynuzu kəsib. Həkim də bizimkidir, soyadını çəkmək istəmirəm. Məndən olsa belələrini həkimlik lisenziyasından məhrum edərdim".

Qeyd edək ki, Lalə 2021-ci ilin Avropa çempionudur. Ötən il isə o, Rusiya çempionatında fərdi yarışlarda hamını qabaqlayaraq çempion olub. Lalə futbol üzrə Azərbaycan millisinin sabiq qolkiperi və məşqçisi Dmitri Kramarenkonun qızıdır. Dmitri hazırda Moskva SSKA-sının qapıçılar üzrə məşqçisidir. Onun atası Sergey Kramarenko da qapıçı olub və 1966-cı ildə "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031