bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tarixin ən yaxşı braziliyalı futbolçusu məlum oldu

1-02-2025, 11:30 0 dəfə baxılıb

 Britaniyanın nüfuzlu "Give me Sport" portalı tarixin ən yaxşı braziliyalı futbolçularının reytinqini dərc edib.

Bu barədə Bizimlider Championat.com nəşrinə istinadən xəbər verir.

Məlumata görə, reytinqin ilk pilləsində yeganə üçqat dünya çempionu olan əfsanəvi hücumçu Pele qərarlaşıb.

İkinci yeri Braziliya millisi ilə iki dəfə Dünya Kubokunu qazanan və iki dəfə "Qızıl top" mükafatını alan məşhur hücumçu Ronaldo tutub. Reytinqin "bürünc"ünü Qarrinça qazanıb.

Reytinqin sıralaması aşağıdakı kimidir:

1. Pele

2. Ronaldo

3. Qarrinça

4. Ronaldinyo

5. Rivaldo

6. Romario

7. Neymar

8. Ziko

9. Didi

10. Jarjinyo.

Xatırladaq ki, Neymar bu siyahıda hazırda oynamağa davam edən yeganə oyunçudur. Braziliyalı ötən gün rəsmi olaraq "Santos"a qayıdıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728