bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Danışılmış oyunlarda iştirak edən azərbaycanlı futbolçular - SİYAHI

13-12-2019, 21:49 194 dəfə baxılıb

Danışılmış oyunlarda iştirak edən azərbaycanlı futbolçular - SİYAHI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Bizimlider.com xəbər verir ki, AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarda şübhəli bilinən futbolçularla bağlı qərarını açıqlayıb.

Birinci divizionda çıxış edən "Ağsu”, "Turan Tovuz” və "Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Turan Tovuz (I Divizion)
1.Qocayev Sənan – futbolçu
2. Rüstəmov Misir – futbolçu
3. Bağırov Emin – futbolçu
4. Sadıqov İlkin – futbolçu
5. Məmmədov Rüfət – futbolçu
6. Tağıyev Eltay – futbolçu
7. Quluzadə Şahin – futbolçu
Ağsu (I Divizion)
1. Kərimov Rəşad – İcraçı direktor
2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
3. Hacıyev Ənvər – klubun işçisi
4. Əliyev Ramil – futbolçu
5. İbrahimov Vüsal – futbolçu
6. Əmrahov Qalib – futbolçu
7. Əliyev Elçin – futbolçu
8. Əliyev Məhəmməd – futbolçu
9. Həşənov Şamo – futbolçu
10. Mirzaliyev Ruslan – futbolçu
11. Quliyev Orxan – futbolçu
12. Rəhimov Fərrux – futbolçu
13. Həşimov Elçin – futbolçu
14. Babayev Malik – futbolçu
15. Kərimov Ramil – futbolçu
16. Mustafayev Vüsal – futbolçu
17. Məmmədov Kənan – futbolçu
Zirə (I Divizion)
1. Əliyev Səbuhi – futbolçu
Uğur FK (region liqası)
1. Məhərrəmov Cəmşid – futbolçu
Ağsu Siti (region liqası)
1. Alhüseynli Tuqay – futbolçu
Alyans FK (region liqası)
1. Rəhimli Cəmil – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

(Baku.ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30