Şəkərli diabet xəstələrinin xüsusən səhərlər nə yeyəcəyi çox zaman problem olaraq qalır. Xüsusən Ramazanda oruc tuta bilən diabetlər üçün səhər nə yeyim sualının cavabını burdan əldə edə bilərsiniz.
Beş.az medicina.az-a istinadən bildirir ki, şəkər xəstələri üçün ideal səhər yeməyi nümunəsi bunlardır.
-Suda bişmiş yumurta
-Diabetik çörək
-Kükü
-Yağsız süfrə pendiri
-Limon, turş meyvə, giləmeyvələr
-Pomidor, xiyar, kələm bişmişi, salatı
-Yulaf, herkules, qarabaşaq
-Duzsuz kəsmik
-Diabet xəstələri qarabaşağı bişirmədən, gecədən islağa qoymaqla da yeyə bilər. Qarabaşağın üzərinə qatıq, pendir, zeytun yağı gəzdirmək olar.
-Şəkər xəstələrinə ağ düyü olmaz. Ona görə qəhvəyi düyünü süzüb, üzərinə tərəvəz və toyuq filesi qoya bilərsiniz.
Xiyar Smuzisi resepti:
100 qr yağsız kəsmiyə, 100 qr kefir, 100 ml su, 2 ədəd doğranmış xiyarı əlavə edir, duz səpir, blenderdə smuzi halına düşənə kimi qarışdırırsınız.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.