bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Polisimiz dünya çempionatında qələbə qazandı

11-05-2019, 17:58 154 dəfə baxılıb

Polisimiz dünya çempionatında qələbə qazandı


Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin Axtarış bölməsinin inpsektoru, polis baş leytenantı Vüsal Qələndərov Kempo üzrə XVI Dünya çempionatı və Dünya kubokunda iştirak etməklə növbəti dəfə uğur əldə edib.

Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun BAKU.WS-a verdiyi məlumata görə, İspaniyanın, Qvadelaxara şəhərində keçirilən çempionatda 67 ölkədən 1300 idmançının iştirak etdiyi qarşılaşmalarda Azərbaycan Kempo yığma komandası 7 idmançı və 2 məşqçi ilə təmsil olunub. Beynəlxalq Kempo Federasiyasının tərkib hissəsi olaraq dünyanın beş ən böyük təşkilatçıları (Şorinci Ryu Kempo, Nippon Kempo, Kempo Ryu,UWSKF, ICKKF) onların da komandaları yarışda iştirak ediblər.

Yarışın üçüncü günü nokdaun versiyası üzrə kişilər arasında Vüsal Qələndərov nokdaun versiyasında kişilər arasında 95 kg çəki dərəcəsində ikinci yer qazanıb.

İdmançılarımız ümumi hesabda üç qızıl, dörd gümüş medalla Vətənə qayıdıblar.

Qeyd edək ki, çempionatda idmançılarımızın iştirakını Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi təmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30