bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyadan qazı kəsilən Avropaya Türkiyədən təklif

2-01-2025, 09:28 1 dəfə baxılıb

 


"Rusiya qazının Ukrayna üzərindən tranziti dayandırıldıqdan sonra Türkiyə Avropa üçün təhlükəsiz alternativ ola bilər".

Bu barədə "Hürriyet" qəzetində dərc edilmiş materialda bildirilir.

Qeyd edilir ki, eyni zamanda, Ankara müxtəlif ölkələrə mavi yanacaq ixrac edə bilər.

Xatırladaq ki, daha əvvəl "Qazprom" Ukraynanın "Naftoqaz" QSC ilə müqavilənin müddəti başa çatdığına görə Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü imkanının qalmadığını bəyan etmişdi. Yanvarın 1-dən Rusiya qazının tədarükü həyata keçirilmir.

"Hürriyet"in yazdığına görə, Rusiya ilə Ukrayna arasındakı vəziyyət Ankaranın yaxşı alternativ kimi mövqeyini daha da gücləndirəcək. Təhlükəsiz qaz nəqli marşrutu kimi Türkiyə əhəmiyyətli yer tutur. Bu, onun əlverişli coğrafi mövqeyi və qaz infrastrukturunun olması ilə bağlıdır. Türkiyə Qara dənizdə öz qazını istehsal edir, ölkə ərazisindən isə boru kəmərləri və üzən strukturlar keçir.

Türkiyə, materialda qeyd edildiyi kimi, Avropa bazarlarına daha çox qaz ixrac etmək potensialına da malikdir. Üstəlik, müxtəlif ölkələrdən qaz satışı mümkün olacaq.

Türkiyə təbii qazı Rusiyadan "Mavi axın" və "Türk axını" qaz kəmərləri ilə, Azərbaycandan TANAP qaz kəməri ilə, həmçinin İrandan alır. Ankara Bolqarıstan, Macarıstan, Makedoniya, Moldova və Rumıniyanı mavi yanacaq tədarük edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031