SOCAR ötən il 21 mln. tondan çox neft ixrac edib
Ötən il ərzində SOCAR tərəfindən 21,1 mln. ton xam neft ixrac edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 11,6% azdır.
"APA-Economics”in SOCAR-ın 2019-cu ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur.