bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qubad İbadoğlu: ”Azərbaycan nefti daha çox ucuzlaşacaq”

10-04-2020, 14:09 150 dəfə baxılıb

Qubad İbadoğlu: ”Azərbaycan nefti daha çox ucuzlaşacaq”
“OPEK+ video görüşündən sonra gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verilsə də,Brentin qiyməti hər barrel üçün 3 faiz, WTI qiyməti hər barrel üçün 5 faiz ucuzlaşdı. Çünki bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı salır”.
Bu fikirləri Bizimyol.info-ya açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Qubad İbadoğlu OPEK görüşməsinin nəticəsi olaraq gündəlik hasilatın may-iyun aylarında 10 milyon barrel, iyuldan 8 milyon barrel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barrel azalacağını qeyd edib.

”İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon barrel, Rusiya isə 2 milyon barrel aşağı salacaq. Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq.

Goldman Sachs hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barrel təşkil edir. Odur ki, sürətlə azalan tələbatın müqabilində hətta 10 milyon barrel eniş gerçək olsa da qiymətlərə təsir gücünə malik deyildir. Belə ki, ekspertlər və bazar iştirakçıları gündəlik hasilatın 10 milyon barrel azaldılacağına şübhə ilə yanaşırlar. Buna misal olaraq hasilatın azadılmasının əleyhinə olan Meksikanın OPEK+ formatında iclası vaxtından əvvəl tərk etməsidir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir”,- deyən alim Azərbaycan neftinin də gələcəyi barədə proqnoz verib.

“Azərbaycana neftinin qiymətinə gəlincə, o birjada müəyyənləşdirilmədiyinə və hazırda azalan satış kontraktları ilə tənzimləndiyinə görə daha çox ucuzlaşmaya məruz qalacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30