bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mərkəzi Bankın FAİZ BALANSI: - “Maliyyə sektorunda bir saata əldə edilən mənfəət...”

20-05-2020, 15:30 712 dəfə baxılıb

Mərkəzi Bankın FAİZ BALANSI: - “Maliyyə sektorunda bir saata əldə edilən mənfəət...”
“Özəl sektorun investisiya artımını stimullaşdırmaq üçün pul-kredit siyasətində köklü islahatlar aparılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Dünya iqtisadiyyatında struktur böhran və Azərbaycan: çağırışlar, perspektivlər” mövzusuna həsr olunan onlayn seminarda çıxışı zamanı İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Elşad Məmmədov qeyd edib ki, bank-maliyyə sektoru üzrə iqtisadiyyatın inkişafında dövlətin rolu kəskin şəkildə artırılmalıdır və çoxkonturlu pul-kredit sisteminə keçidə ehtiyac var:

“Bugünkü şəraitdə bütöv iqtisadiyyatı yalnız Mərkəzi Bank tərəfindən bir göstərici ilə maliyyələşdirmək olduqca arxaik və qeyri-effektiv bir yanaşmadır. Əgər maliyyə sektorunda bir saat ərzində əldə ediləcək mənfəət real sektorda üç ilə əldə edilmirsə, deməli, bu sahələrin eyni faizlə maliyyələşdirilməsi düzgün addımd eyil.

Təsadüfi deyil ki, mövcud şəraitdə bu sahələr üzrə ciddi problemlərlə üz-üzəyik. İnvestisiya artımı baxımından müsbət dinamikaya sahib olamalıyıq. Təəssüf ki, bu il kapital qoyuluşlarında azalma müşahidə olunur. Özəl sektorun investisiya artımı stimullaşdırmalı və bunun üçün pul-kredit siyasətində köklü şəkildə islahatlar aparılmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031