Hindistanın Odişa ştatının ərazisindən keçən 220-dən artıq qatar reysi ştata yaxınlaşan "Fani" siklonu səbəbindən ləğv edilib.
BEŞ.AZ Trend-ə istinadən xəbər verir ki, Hindistanın Mülki Aviasiya İdarəsi Bhubaneşvar şəhərində hava limanının bağlanılması haqqında bəyan edib, bu gün Kalkutte şəhərinin də hava limanı bağlanacaq.
Bildirilir ki, Odişa ştatının hakimiyyəti 1 milyon insanı təxliyə edib. Onlar müvəqqəti məskunlaşma düşərgələrində yerləşdirilirlər.
Qeyd edək ki, "Fani" sikloni Benqal körfəzi tərəfindən ştata yaxınlaşır. Meteoroloq proqnozuna əsasən, siklon bu gün ştata çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.