Banklar valyuta hərracında 16,7 mln. dollar cəlb edib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"BizimLider.com" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 16,7 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 47,1% azalıb.