bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu endirib

10-08-2022, 11:00 47 dəfə baxılıb

ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu endirib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü ilər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu endirib.

Bizimlider.com EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 610 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 40 min azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 660 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (iyulda verilib – red.) göstəricisi ilə müqayisədə 20 min barel azalma deməkdir.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olara 700 min barel və 780 min barel səviyyəsində olub.

Bizimlider.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031