bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı?

29-10-2019, 11:09 258 dəfə baxılıb

Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı?
Bu gün səhər saatlarında müğənni Fədayə Laçının azadlığa buraxıldığı bildirilir.

Bizimlider.com Musavat.com-a istinadən xəbər verir ki, müxtəlif KİV nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının önünı toplaşaraq, müğənninin azadlığa çıxmasımı gözləyir. Lakin müəssisənin rəisi Elnur İsmayılov müğənninin səhər saatlarında azadlığa buraxıldığımı bildirib. Lakin müğənninin vəkili Nirəngiz Qarayeva və bacısı İlahə Fəda jurnalistlərə açıqlamasında bildirirblər ki, yayılan məlumat doğru deyil: "Fədayə Laçın hələ ki, azadlığa buraxılmayıb. Təxminən bir saata müəssisədən buraxılacağını gözləyirik".

Maraqlıdır, ictimaiyyətin və medianın diqqətində olan tanınmış şəxsi azadlığa çıxmasında nəvar ki, buna məxfilik donu geydirilir?
Daha sonra təcridxananın rəisi Elnur İsmayılov müğənninin gizlin şəkildə azadlığa buraxıldığını deyərək, onun nömrəsini verib. Jurnalistlər həmin nömrə ilə əlaqə saxlayıblar və cavab verən Fədayə Laçın olduğunu deyib:
"Mən təcridxananın digər qapısından azadlığa buraxıldım. Çıxan zaman məni qarşılayan heç kim olmadı. Sakitcə taksiyə oturub, anamın yaşadığı evə gəldim. Heç bacımın da xəbəri yoxdur".

Qeyd edək ki, müğənninin vəkili və bacısı İlahə Fəda bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatır.

Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.

Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031