bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əməkdar artist konsertə gecikməmək üçün maşından düşüb motosikletə mindi

22-11-2019, 11:23 210 dəfə baxılıb

Əməkdar artist konsertə gecikməmək üçün maşından düşüb motosikletə mindi
Ötən axşam Əməkdar artist Rəşad İlyasovun başına iş gəlib. Sənətçi pik saatlarda konsertə gedərkən tıxacda qalıb.

Oxu.Az xəbər verir ki, Rəşad tıxaca görə məkana gecikməmək üçün maraqlı üsula əl atıb.

Müğənni yoldan keçən motosiklet sürücüsündən onu ünvana çatdırmağı xahiş edib. R.İlyasov motosikletdə çəkdiyi videosunu şəxsi “Instagram” hesabında yayımlayıb:

“Bir konsertə gedirik. Burada yaxşı bir azərbaycanlı balası var. Ondan xahiş etdim ki, məni motosikletlə konsertə aparsın. Təvazökar olduğundan istəmir onu çəkib, göstərim. Gedim, konsertə çatım. “Radio və Televiziya” işçiləri günü bayramınız mübarək. Özümü işə saldım”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30