bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb

25-12-2019, 21:51 202 dəfə baxılıb

Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb.

Bizimlider.com "Report"a istinadən xəbər verir ki, R.Dadaşov "Bona Dea International Hospitalı"na yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.

Xalq artisti sosial şəbəkədə açıqlama yayaraq artıq səhhətində müsbət dəyişikliklərin olduğunu bildirib. O, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib:

"Artıq səhhətimdə dəyişikliklər hiss edirəm. Hətta deyərdim ki, radikal dəyişikliklər olub. Bugünkü gündə mənə qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya çox böyük təşəkkürümü bildirirəm. Çünki məni diqqətsiz qoymadılar. Lazım olan halda, lazımi tapşırıqlar verdilər. Çox sağ olsunlar, minnətdaram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930