bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bağırzadənin ailəsi korona testindən keçməyib? - Açıqlama

16-06-2020, 13:19 536 dəfə baxılıb

Bağırzadənin ailəsi korona testindən keçməyib? - Açıqlama
Son günlər sosial şəbəkə istifadəçiləri, eləcə də əməkdar artist Bəhram Bağırzadənin qonşuları olduğunu bildirən şəxslər aktyorun koronaya yoluxmadığını və ailəsinin koronavirus testindən keçmədiyini iddia edirlər. Onlar bildirirlər ki, B.Bağırzadədə virus aşkarlansaydı, ailəsi də karantinə alınmalı idi.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Bəhram Bağırzadənin ailəsi də koronavirus testindən keçib:
“Hər hansı şəxsdə pozitiv test nəticəsi olduğu zaman onunla təmasda olanlar müəyyənləşdirilir. Bundan sonra isə həmin şəxslərdən test götürülür və ev izolyasiyası tətbiq edilir. Təmasda olan şəxslərin test nəticələri pozitiv çıxarsa, onlar da xüsusi rejimli xəstəxanaya və ya karantin müəssisəsinə cəlb edilirlər. Eyni prosedurlar Bəhram Bağırzadənin də ailəsinə tətbiq edilib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930