Ağarəşid Talıbov kimdir?
Ağarəşid Qiyas oğlu Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub.
Azərbaycanda əsl ata-baba yurdu Lənkəranın Xərxatan kəndidir. Dördüncü babası Hacı Mirtalıb oradan Boradigah qəsəbəsinə köçmüşdür. Lənkəranda Cil ocağı adıyla məşhur olan ziyarətgah onun Seyyid babalarının qəbridir. Onun nəsil şəcərəsi dördüncü imam - İmam Zeynulabidinə (ə) çatır, ona görə də Hüseyni seyyidlərindəndir.
1992-ci ildə ADPU-nun Riyaziyyat-Fizika fakültəsinə daxil olub. Uşaq yaşlarından (1985-ci ildə) Quran oxumağı öyrənmiş və 1998-ci ildə Dəməşq şəhərinin Seyyidə Zeynəb (ə) məntəqəsinə yollanır və 2007-ci ilə qədər orada təhsil alır. 2006-2011-ci illərdə Bakı İslam Universtitetini qiyabi bitirib.
2008-ci ildən Moskvada və Azərbaycanda dini fəaliyyətlə məşğuldur. Moskvada yerləşən "İnterAz" telekanalının təklifi ilə "İsmət çırağı - Xanım Zəhra (ə)" haqqında və "Bəşəriyyətin xilaskarı - İmam Mehdi (ə)" barəsində iki sənədli filmin ssenari müəllifidir.