bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dəyərli aktrisamızın doğum günü..

25-04-2019, 11:59 428 dəfə baxılıb

Dəyərli aktrisamızın doğum günü..



Bu gün dəyərli aktrisamız Həmidə Ömərovanın doğum günüdür. Dəyərli Sənətkarımızı doğum Günü münasibəti ilə BEŞ.AZ Kollektivi Adından təbrik edir uğurları bol olsun deyirik. Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.


Həmidə Ömərova "Qızıl uçurum" filmində
Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.


BEŞ.AZ saytının Rəhbər Direktoru İlqar Kazımov.
BEŞ.AZ saytının Baş Redaktoru Könül Vəliyeva.
Və bütün BEŞ.AZ KOLLEKTİVİ ADINDAN.




Dəyərli aktrisamızın doğum günü..



Dəyərli aktrisamızın doğum günü..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031