bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş həkim bu səbəbə görə işdən çıxarıldı

27-09-2019, 11:37 160 dəfə baxılıb

Baş həkim bu səbəbə görə işdən çıxarıldı
Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.

Bizimlider.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb.
Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunub. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində "QAZ-52" markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması olub.

Belə ki, araşdırma zamanı ağacların Şamaxı Mərkəzi Rayon Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkarlanaraq təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30